Digər
Fransada məhbusların sayı rekord həddə çatdı
Fransada həbsxanada saxlanılan məhbusların sayı növbəti dəfə rekord qıraraq 1 oktyabr tarixinə 90.900 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə AFP ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin hesablamalarına görə, 1 oktyabr 2025-ci il tarixindən bəri artım 7,2% təşkil edib, penitensiar müəssisələrdə yerlərin sayı isə cəmi 1,5% artaraq 63.452-yə çatıb.
Qısa müddətə həbs olunanların və ya məhkəmə qərarını gözləyənlərin saxlanıldığı həbsxanaların orta doluluq nisbəti 178%-ə çatıb. Ümumi nisbət 143,3%-dir.
Ədliyyə Nazirliyi daha ucuz hesab edilən modul həbsxanalarda əlavə 3000 yer yaratmağı planlaşdırır.
Mənbə
axar.az