Kriminal
Qurban Bayramov vəfat etdi
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov vəfat edib. Oxu.Az xəbər verir ki, o, noyabrın 2-də səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Qurban Bayramov Azərbaycan Dövlət Televiziyasında "Ədəbiyyatşünaslıq və zaman" və "Ədəbiyyat" (1982-1992) adlı elmi-kütləvi və tədris televiziya verilişlərinin müəllifi və aparıcısı olub. O, ümumilikdə 500-dən çox elmi və publisistik məqalənin müəllifidir.
Mənbə
oxu.az