Digər

Fidan qətərli həmkarı ilə bunları müzakirə etdi

03 Nov 2026, 00:29 3 baxış
Fidan qətərli həmkarı ilə bunları müzakirə etdi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əs-Sani ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlığı, eləcə də regionda baş verən son hadisələri müzakirə ediblər.


Söhbət zamanı xüsusilə gərginliyin azaldılması, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində diplomatik səylər və birgə koordinasiya məsələlərinə diqqət yetirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər