Digər

Bomba xəbərdarlığı edildi, təyyarə təcili endirildi

02 Nov 2026, 20:24 2 baxış
Bomba xəbərdarlığı edildi, təyyarə təcili endirildi

İngiltərənin paytaxtı Londondan Bolqarıstanın paytaxtı Sofiyaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili Budapeşt hava limanına eniş edib.


Axar.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi məlumat yayıb.


O qeyd edib ki, təyyarədə bomba olması barədə xəbərdarlıqdan sonra qırıcıların müşayiəti ilə hava gəmisi Budapeştə yönləndirilib.


Təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib, sərnişinlər təxliyə olunduqdan sonra axtarışa başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər