Digər

Polşada diplomatlar kütləvi istefa verir – Səbəb

02 Nov 2026, 21:50 3 baxış
Polşada diplomatlar kütləvi istefa verir – Səbəb

Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şçerski diplomatik missiyasını öz xahişi ilə vaxtından əvvəl başa çatdıracaq. Ölkənin xarici işlər naziri Radoslav Sikorski onun müraciətini təmin edib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maciej Vevyur məlumat verib.


“Polşanın BMT-dəki səfiri Kşiştof Şçerski xarici işlər naziri Radoslav Sikorskidən diplomatik missiyasının müddətinin qısaldılmasını xahiş edib. Nazir bu müraciəti təmin edib. Səfir Şçerski missiyasını artıq bu ay başa çatdıracaq”, – deyə nazirlik nümayəndəsi X sosial şəbəkəsində yazıb.


Şçerski hələlik bu qərarının səbəblərini nə sosial şəbəkələrdə, nə də ictimai çıxışlarında açıqlayıb.


O, 2021-ci ildən Polşanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini tutur. Bundan əvvəl diplomat ölkənin keçmiş prezidenti Anjey Dudanın Administrasiyasında Beynəlxalq Siyasət Bürosuna rəhbərlik edib.


Qeyd edək ki, Şçerskinin diplomatik missiyasını vaxtından əvvəl başa vurmaq qərarı Polşa diplomatiyasında digər kadr fikir ayrılıqları fonunda baş verib. Oktyabrın 30-dan 31-nə keçən gecə Polşanın Çin və Rumıniyadakı səfirləri də vəzifələrində fəaliyyətlərini davam etdirmək niyyətində olmadıqlarını açıqlayıblar.


Onlar bu qərarlarını Konstitusiya Məhkəməsi ətrafında yaranan münaqişədə hökumətin mövqeyi ilə razılaşmamaları ilə əlaqələndiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər