Cəmiyyət

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

02 Nov 2026, 21:17 3 baxış
Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, R.Orucov bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.


Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev isə Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər