İqtisadiyyat

Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto

02 Nov 2026, 12:44 3 baxış
Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
Pakistan İslam Respublikası 2026-2027-ci illər üçün Şanxay Əməkdaşlıq Təşkilatının Banklararası Birliyinə (ŞƏT BB) sədrliyi öz üzərinə götürüb. Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Maliyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb. Bildirilir ki, eyni zamanda Pakistanın "Habib Bank Limited" (HBL) bankının Direktorlar Şurasının sədri Sultan Əli Allana sözügedən birliyin sədri vəzifəsinin icrasına başlayıb. "Bu hadisə Pakistanın həmin dövr ərzində bütövlükdə ŞƏT-dəki sədrliyi ilə üst-üstə düşür. Belə ki, bu fakt ölkənin regional ticarətin, investisiyaların, maliyyə əlaqələrinin və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində artan rolunu xüsusilə vurğulayır. Maliyyə Nazirliyi bu mühüm məsuliyyəti qəbul etməsi münasibətilə Allananı təbrik edir. Həmçinin, Pakistanın ŞƏT-ə üzv dövlətlər arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, transsərhəd ticarət və investisiyaların təşviqi, o cümlədən regional inteqrasiya və ümumi rifahın irəlilədilməsi istiqamətindəki öhdəliyinə sadiq qaldığı bir daha təsdiqlənir", - deyə məlumatda qeyd olunub.
Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər