İdman
Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
Misli Premyer Liqasında X tura bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, sonuncu oyunda "Sumqayıt" "Şəfa"nı qəbul edəcək. Qarşılaşma "SOCAR Polymer Arena"da saat 19:00-da start götürəcək. Misli Premyer Liqası X tur 19:00. "Sumqayıt" - "Şəfa" "SOCAR Polymer Arena" Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Mənbə
oxu.az