Cəmiyyət
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb
2026-cı ilin oktyabr ayı üzrə Azərbaycanın televiziya kanallarının "YouTube" reytinqi açıqlanıb. Oxu.Az xəbər verir ki, "FeedSpy" statistikasına əsasən, Baku TV iki kanalı üzrə ümumilikdə 92 314 679 baxış toplayaraq ölkə telekanalları arasında növbəti dəfə birinci yerdə qərarlaşıb. Baxışların 45 734 712-si "Baku TV AZ", 46 579 967-si isə "Baku TV RU" kanalının payına düşüb. Reytinq cədvəlində ikinci yerdə 63 989 464 baxışla CBC (2 kanal), üçüncü pillədə isə 29 556 945 baxışla "Xəzər TV" (5 kanal) qərarlaşıb. 1. Baku TV (2 kanal) - 92 314 679 - Baku TV | AZ - 45 734 712 - Baku TV | RU - 46 579 967 2. CBC (2 kanal) - 63 989 464 3. Xəzər TV (5 kanal) - 29 556 945 4. AzTV (5 kanal) - 23 733 650 5. İctimai TV - 22 232 511 6. ARB 24 - 21 173 354 7. CBC Sport (3 kanal) - 13 014 769 8. Real TV - 7 914 231 9. APA - 6 729 721 10. ATV (5 kanal) - 6 614 106 11. İdman TV - 2 771 456 12. Space TV - 1 836 071 13. Biznes TV - 1 515 697 14. ARB (5 kanal) - 1 099 044 15. Kanal S - 233 954 Qeyd edək ki, reytinq "FeedSpy" platformasının 2026-cı ilin oktyabr ayı üzrə açıqladığı "YouTube" baxış statistikası əsasında hazırlanıb.
Mənbə
oxu.az