İdman

Lyuis Hemilton Şarl Lekleri tənqid etdi: "Ya mən qalib gəlirəm, ya da heç birimiz"

02 Nov 2026, 11:56 4 baxış
Lyuis Hemilton Şarl Lekleri tənqid etdi: "Ya mən qalib gəlirəm, ya da heç birimiz"
"Ferrari" pilotu Lyuis Hemilton komanda yoldaşı Şarl Lekleri Meksika Qran-prisinin ilk dövrəsində həddindən artıq sərt mübarizə apardığına görə tənqid edib. Oxu.Az "Championat" nəşrinə istinadən xəbər verir ki, yeddiqat dünya çempionunun fikrincə, monakolu pilotun hərəkətləri "Ferrari"nin yarışda ilk iki yeri tutmaq şansına mane olub. Hemilton bildirib ki, komandaya keçməzdən əvvəl də Lekler və Karlos Sayns arasındakı mübarizəni izləyib. Britaniyalı pilot hesab edir ki, eyni komandada çıxış edən sürücülərin həddindən artıq aqressiv mübarizəsi rəqiblərə üstünlük qazandırır və kollektivin maksimum nəticə əldə etməsinə mane olur. "Dördüncü və ya beşinci yer uğrunda belə mübarizə aparmaq başqa məsələdir. Amma söhbət birinci və ikinci yerlərdən gedəndə və bu mübarizə üzündən qələbə əldən veriləndə vəziyyət tamamilə dəyişir. Söhbət ciddi məsələlərdən gedir. Şarlın 28 yaşı var, deməli, məsələ yaşda deyil. Məncə, bu, psixologiya ilə bağlıdır. Elə görünür ki, onun yanaşması belədir: "Ya mən qalib gəlirəm, ya da heç birimiz". Amma belə olmamalıdır. Məqsədimiz finişə birinci və ikinci yerlərdə çatmaqdır", - deyə Hemilton mətbuat konfransında bildirib. Britaniyalı pilot Böyük Britaniya Qran-prisini də xatırladıb. Onun sözlərinə görə, Silverstounda Leklerə qarşı riskli manevr edə bilsə də, komandanı təhlükəyə atmaq istəməyib. "Onu trasdan çıxarmaq və komandamızı qələbədən məhrum etmək üçün kamikadze üslubunda ümidsiz bir manevrə əl ata bilərdim. Lakin bunun əvəzinə yaxşı nəticə əldə etdik. Komandanın bu təcrübəni yaşamasına sevinirəm və ümid edirəm ki, gələcəkdə qarşılıqlı fəaliyyətimiz daha konstruktiv olacaq", - deyə yeddiqat dünya çempionu əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər