Dünya

ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı

02 Nov 2026, 11:48 3 baxış
ABŞ qırıcıları 32 il sonra Rusiya təhdidinə görə Aleut adasına qayıtdı
ABŞ Hərbi Hava Qüvvələri onilliklər sonra ilk dəfə olaraq Alyaskadakı Şemya Aleut adasında yerləşən və 1994-cü ildə bağlanmış aerodromu yenidən işə salıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin "The War Zone" nəşri məlumat verib. Məlumata görə, oktyabr ayında "F-16" qırıcıları Rusiyanın Komandor adalarından 440 kilometr məsafədə yerləşən Erikson aviabazasında hava hücumundan müdafiə üzrə döyüş növbəsinə qayıdıblar. "Zamanın ruhuna uyğun olaraq, uzun illərdən sonra ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələri qırıcıları Alyaskanın ucqar Aleut adalarındakı Erikson aviabazasında hava hücumundan müdafiə üzrə döyüş hazırlığı vəziyyətinə qayıdıblar", - deyə materialda bildirilib. Qeyd edilir ki, bu addım ABŞ və Kanada qırıcı təyyarələrinin iştirakı ilə çoxmillətli hava hücumundan müdafiə əməliyyatının finalı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər