Dünya

Keçilməz 100 metrlik müdafiə qatı: ABŞ İrana nüvə zərbəsi endirəcək?

02 Nov 2026, 11:00 3 baxış
Keçilməz 100 metrlik müdafiə qatı: ABŞ İrana nüvə zərbəsi endirəcək?
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın günlərdə İrana qarşı nüvə zərbəsi endirə bilər. Oxu.Az xəbər verir ki, bu iddia ilə tanınmış ABŞ-li jurnalist Taker Karlson çıxış edib. "Netanyahunun təzyiqi altında Tramp rəhbərliyi bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər", - deyə Karlson "X" sosial şəbəkəsində yazıb. Jurnalist ehtimal olunan hədəf kimi Pikaks dağını göstərib. İsrail kəşfiyyatının iddialarına əsasən, İran məhz bu ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa etmiş ola bilər. Karlson qeyd edib ki, heç bir silah obyektin təxminən 100 metrlik müdafiə qatını dəlib keçmək iqtidarında deyil, bu səbəbdən də "yeganə çıxış yolu nüvə zərbəsidir". Onun sözlərinə görə, Netanyahu İsraildə keçirilən parlament seçkisindən sonrakı qeyri-sabit siyasi vəziyyət fonunda məhz bu addımın atılmasına israrla cəhd göstərir. Jurnalist əlavə edib ki, görünür, Tramp ehtimal olunan zərbə ilə bağlı hələ yekun qərar qəbul etməyib. O, hazırda öz müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens və xüsusi elçisi Stiv Uitkoff ilə məsləhətləşmələr aparır. Sözügedən şəxslər isə hələ də İranla razılaşmanın əldə olunmasına meyllidirlər. Xatırladaq ki, İran tərəfi bundan əvvəl dəfələrlə Trampın İslam Respublikasının ehtimal edilən yeni nüvə obyekti barədə səsləndirdiyi fikirlərin əsassız olduğunu bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər