Mədəniyyət

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi? - Video

02 Nov 2026, 01:00 4 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi? - Video
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu Nəsir Sadıqzadənin həyat və yaradıcılığına həsr olunub. Verilişdə sənətkarın tələbəsi, aktrisa İlqarə Tosova Nəsir Sadıqzadənin aktyorluq sənətinə yanaşmasından və tələbələrinə verdiyi tövsiyələrdən danışıb. O, müəlliminin aktyor olmaq üçün vacib hesab etdiyi xüsusiyyətlərdən bəhs edərək bunları söyləyib:

"Deyirdi ki, aktyor olmaq üçün adamın birinci musiqi istedadı olmalıdır. Sonra o, çox zəhmətkeş olmalıdır. Məqsədyönlü fəaliyyəti olmalıdır. Sonra dayanırdı, xeyli gülümsəyirdi, başını qaldırıb deyirdi ki, bunların hamısı boş şeydir, adamın şansı olmalıdır". Nəsir Sadıqzadənin digər tələbəsi, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov isə sənətkarın mənsub olduğu ailənin tarixindən və repressiyaların onun həyatına təsirindən danışıb. O, Nəsir Sadıqzadənin Qarabağın məşhur bəy nəslindən olduğunu, ailəsinin sovet repressiyalarına məruz qaldığını bildirib: "Nəsir müəllim Qarabağ bəylərinin nəslindəndir. Hətta onun Nəsir babasının evi sovetlər vaxtında Ağdamın Quzanlı kəndində peşə məktəbi idi. Mənsub olduğu ailə, bəy nəslindən olması onun həyatında çox böyük faciələr yaratdı. Əvvəlcə atası, Qarabağın məşhur bəylərindən olan Müseyid ağa, sonra anası sürgün edildi. Nəsir müəllim çox çətinliklər yaşadı".
Mənbə oxu.az

Oxşar Xəbərlər