Digər

"Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar

02 Nov 2026, 01:27 3 baxış
"Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar

Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"in müştəriləri haker hücumundan sonra vəsaitlərin çıxarılması imkanı bərpa edildikdən cəmi doqquz saat yarım ərzində təxminən 3.64 milyard dollar vəsait çıxarıblar.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə birjanın X sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib.


"Binance" UTC vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 10:00-da) vəsaitlərin mərhələli şəkildə çıxarılmasına başlayıb. UTC vaxtı ilə saat 06:00-dan 15:30-dək (Bakı vaxtı ilə 10:00-dan 19:30-dək) xalis vəsait çıxışı təxminən 3,64 milyard dollar təşkil edib", - deyə açıqlamada qeyd olunub.


Birjanın məlumatına görə, bu məbləğ oktyabrın 28-nə olan göstəricilərə əsasən, ümumi dəyəri 171 milyard dollar təşkil edən aktivlərin 2.1 faizinə bərabərdir.


Qeyd edək ki, bundan əvvəl birjanın qurucusu Çanpen Çjao platformanın, görünür, haker hücumuna məruz qaldığını, lakin istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu bildirmişdi.


Şirkətin ilkin qiymətləndirməsinə görə, insident nəticəsində təxminən 6.3 milyard dollar dəyərində aktivə təsir göstərilib.


Bildirilib ki, kriptovalyuta birjası hücum nəticəsində yaranan bütün itkiləri öz vəsaiti və istifadəçilərin müdafiəsi üçün nəzərdə tutulan SAFU ehtiyat fondu hesabına ödəyəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər