"Qalatasaray"da daha bir istefa...
“Qalatasaray”ın İdarə Heyətinin üzvü Abdullah Kavukcu vəzifəsindən istefa verib.
Axar.az xəbər verir ki, klub rəsmisi bu barədə açıqlama yayıb.
Kavukcu oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasından sonra klubun vitse-prezidenti Metin Öztürklə aralarında mübahisə yaşandığını bildirib.
O, hadisənin sosial şəbəkələrdə şişirdilərək və həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini vurğulayıb.
Klubun nüfuzuna və birliyinə zərər dəyməməsi üçün İdarə Heyətinin üzvlüyündən ayrılmaq qərarına gəldiyini açıqlayan Kavukcu “Qalatasaray”a bundan sonra da dəstək olacağını qeyd edib.
Qeyd edək ki, “Qalatasaray” klubunun vitse-prezidenti Mətin Öztürk İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini əsas gətirərək vəzifəsindən istefa vermişdi.