Cəmiyyət

Azərbaycanda professor vəfat edib

01 Nov 2026, 14:26 2 baxış
Azərbaycanda professor vəfat edib
Kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, alimin ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Qeyd edək ki, Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, Ağalıkənd kənd orta məktəbini bitirib. Elmi fəaliyyətini kimya sahəsinə həsr edən Müslüm Qurbanov 2013-cü ildə "Nüvə kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb. Alimin elmi rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb. O, nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifidir. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər