Dünya
Putin Zelenskinin zənginə necə cavab verəcək? - Uşakov açıqladı
"Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan imtina etməyib". Oxu.Az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, zəng daxil olarsa, prezident ukraynalı həmkarına cavab verəcək. "Mən elə düşünürəm ki, əlbəttə, cavab verəcək. Putin bir dəfə də olsun danışıqlardan imtina etməyib", - deyə Uşakov əmin edib. Daha əvvəl Zelenski Rusiya rəhbərliyi ilə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi. O vurğulamışdı ki, bu mövzunu yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olacaq, digər məsələlər isə texniki qruplar səviyyəsində müzakirə ediləcək.
Mənbə
oxu.az