Digər
Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
Ukrayna üç gün ərzində Rusiyanın neft emalı gücünün təxminən 10%-ni sıradan çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə “Dnepr Osint” OSİNT kanalı məlumat yayıb.
“Söhbət Novokuybışev, “Başneft-Novoyl” və “Nijeqorodnefteorqsintez” neft emalı zavodlarından gedir. Onların birlikdə illik neft emalı gücü 30-33 milyon ton təşkil edir ki, bu da Rusiyanın ümumi neft emalının 10 faizinə bərabərdir”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az