Cəmiyyət
Oxu.Az yazdı, Biləsuvar bazarında problem həll olundu - Video
Biləsuvar şəhərində güclü yağış nəticəsində bazarın bir hissəsində yaranan su yığıntıları aradan qaldırılıb. Oxu.Az-a rayon sakinlərinin verdiyi məlumata görə, yağışdan sonra bazarın, əsasən, kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi ərazisini su basmışdı.
Mövcud problemin həlli istiqamətində ərazidə müvafiq tədbirlər görülüb. Belə ki, çınqıl tökülərək həmin hissədə yaranmış çətinlik aradan qaldırılıb. Nəticədə bazarın həmin ərazisində hərəkət və satış fəaliyyəti üçün şərait yaxşılaşdırılıb. Qeyd edək ki, bir müddət öncə Oxu.Az bu barədə xəbər dərc etmişdi. İqbal Ziya

Mənbə
oxu.az