İdman

“Neftçi” “Şamaxı” sınağında

01 Nov 2026, 11:12 4 baxış
“Neftçi” “Şamaxı” sınağında

Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək.


Axar.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.


Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.


Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.


"Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər