Ukrayna ABŞ-ın bu tələbinə heç vaxt razı olmayıb
Ukrayna Rusiya neft emalı zavodlarına endirilən zərbələri dayandırmağa heç vaxt razı olmayıb.
Axar.az xəbər verir ki, bu barədə “Kiyev İndependent” nəşri məlumat yayıb.
“ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner həqiqətən də zərbələrin 30 gün müddətinə dayandırılmasını təklif edib, lakin Ukrayna buna heç vaxt razılıq verməyib.
Ukrayna Rusiya neft infrastrukturunu hədəf almağa davam edəcək, lakin bunun məsuliyyətini açıq şəkildə üzərinə götürməkdən çəkinəcək. Bu addım ABŞ administrasiyası ilə qəsdən münaqişəyə girildiyi təəssüratını yaratmamaq məqsədi daşıyır”, - mənbələr bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tələbi ilə Ukrayna Rusiyanın neft-emalı zavodlarına hücumları dayandırmışdı. Lakin Ukrayna tərəfi Rusiyanın yaşayış binaları və mülki infrastrukturlara hücumları artırdığı üçün zərbələri bərpa etdiyini açıqlamışdı.