Dünya

Moskvada terror həyəcanı: ABŞ Rusiyaya təcili məlumat verdi

31 Oct 2026, 19:54 2 baxış
Moskvada terror həyəcanı: ABŞ Rusiyaya təcili məlumat verdi
ABŞ tərəfi Moskvada terror aktı hazırlığı ilə bağlı Rusiya xüsusi xidmət orqanlarına məlumat verib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. "ABŞ tərəfdən tərəfdaş kanalları vasitəsilə Moskvada terror aktı hazırlanması barədə məlumat daxil olub. Hazırda müvafiq tədbirlər görülür", - deyə FTX-dən bildirilib. Oktyabrın 31-də ABŞ-nin Rusiyadakı səfirliyi diplomatik nümayəndəliyin həmin gün "Tsaritsıno" muzey-qoruğunda təhlükə ilə bağlı etibarlı məlumat aldığını açıqlayıb. "ABŞ hökuməti cavab tədbirlərinin görülməsi üçün müvafiq Rusiya orqanları ilə fəaliyyətini əlaqələndirir", - deyə səfirliyin məlumatında qeyd olunub. Bu arada RT telekanalına "Tsaritsıno" muzey-qoruğunda kütləvi insan tələfatı ilə nəticələnə biləcək hadisə təhlükəsi barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilib. Qeyd olunub ki, muzey-qoruq adi iş rejimində fəaliyyət göstərir. Bununla yanaşı, "Tsaritsıno"nun rəsmi saytı hazırda əlçatmazdır.
Moskvada terror həyəcanı: ABŞ Rusiyaya təcili məlumat verdi
Mənbə oxu.az

Oxşar Xəbərlər