İdman
"Çelsi" azlıqda qalan "Mançester Yunayted"ə qalib gəldi - Video
İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün IX turunda "Çelsi" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Oxu.Az xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 34-cü dəqiqəsində Mateus Kunyanın vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib. 50-ci dəqiqədə "Çelsi"nin hücumçusu Morqan Rocers hesabı açıb. 63-cü dəqiqədə isə "Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan cəmi bir dəqiqə sonra Koul Palmer penalti zərbəsini dəqiq yerinə yetirərək London təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. 71-ci dəqiqədə Estevaonun vurduğu qol isə VAR müdaxiləsindən sonra qeydə alınmayıb. Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Çelsi" turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. Aktivində 7 xal olan "Mançester Yunayted" isə 16-cı yerdə qərarlaşıb.
Mənbə
oxu.az