Digər
Razılaşdıq, Hörmüz boğazı iki günə... - Arakçı
İran danışıqlar zamanı Hörmüz boğazının açılması planının həyata keçirilməsi müddətinin iki günə endirilməsi ilə bağlı razılıq əldə edib.
Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı Qətərin “Əl Cəzirə” telekanalına müsahibəsində deyib.
“Hazırda icra müddətini iki günə endirən təkliflə bağlı razılıq əldə etmişik”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, İran Omanla birlikdə müəyyən etdiyi yeni gəmiçilik marşrutunun tanınmasını və boğazdakı digər marşrutların bağlanmasını şərt kimi irəli sürür.
Mənbə
axar.az