Siyasət

Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto

31 Oct 2026, 17:12 3 baxış
Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto
Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən olan Fransa və İtaliya arasında siyasi fikir ayrılıqları, iqtisadi maraqların toqquşması və "qoca qitə"nin gələcək inkişaf modeli ilə bağlı fərqli yanaşmalar müşahidə olunur. Gələn il postunu tərk edəcək Fransa Prezidenti Emmanuel Makronla İtaliyanın Baş naziri Corcia Meloni arasında münasibətlər isə bu ziddiyyətlərin ən aydın təzahürlərindən birinə çevrilib. Söhbət yalnız iki siyasi liderin şəxsi münasibətlərindən getmir. Burada Avropada siyasi gündəliyi kimin müəyyənləşdirəcəyi, sağ və mühafizəkar qüvvələrin gələcək mövqeyi, milli suverenliklə Avropa inteqrasiyası arasındakı münasibətlərin necə qurulacağı kimi fundamental məsələlər ön plana çıxır. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Uzunmüddətli inamsızlıq Fransanın nüfuzunu və Avropa inteqrasiyasını gücləndirməyə çalışan Makronla milli maraqları, sərhəd təhlükəsizliyini və miqrasiyaya daha sərt yanaşmanı ön plana çəkən Meloninin siyasi baxışları bir sıra məsələlərdə üst-üstə düşmür. Bununla belə, iki ölkənin iqtisadi, təhlükəsizlik və diplomatik sahələrdəki qarşılıqlı asılılığı onların münasibətlərinin açıq qarşıdurma səviyyəsinə yüksəlməsini məhdudlaşdırır. Fransanın "Le Monde" qəzeti yazır ki, Meloninin Fransa ilə münasibətlərində uzunmüddətli inamsızlıq hökm sürür. Nəşrin yanaşmasına görə, İtaliya Baş nazirinin Fransadakı sağ və ifrat sağ siyasi dairələr arasında nüfuz qazanması iki ölkə arasındakı münasibətlərə əlavə siyasi ölçü gətirir. Keçmiş bankir və avropapərəst liberal siyasətçi kimi tanınan Makrondan fərqli olaraq Meloni 15 yaşından etibarən ifrat sağçı hərəkatın üzvü olub və özünü açıq şəkildə "millətçi" adlandırır. 2020-ci ilin oktyabrında, reytinqlərinin sürətlə yüksəldiyi bir vaxtda, gələcək baş nazir belə bir şüar irəli sürmüşdü: "Makron, Monblandan əlini çək!" O, Fransanı Avropanın ən yüksək zirvəsini "ilhaq etməkdə" ittiham edirdi.
Liderlərin fərqləri İki ölkə lideri arasındakı münasibətlərin mürəkkəbliyini anlamaq üçün ilk növbədə onların təmsil etdikləri siyasi yanaşmalara nəzər salmaq lazımdır. Makron Avropa inteqrasiyasının dərinləşdirilməsini, müdafiə və iqtisadi sahələrdə strateji müstəqilliyinin gücləndirilməsini müdafiə edən siyasətçi kimi tanınır. Onun siyasi baxışlarında Aİ-nin beynəlxalq proseslərdə vahid aktor kimi çıxış etməsi mühüm yer tutur. Paris ənənəvi olaraq Avropa siyasətində aparıcı rolunu qorumağa, müdafiə sənayesində, enerji siyasətində və beynəlxalq diplomatiyada təşəbbüskar mövqeyini saxlamağa çalışır. Corcia Meloni isə milli suverenliyi, ənənəvi dəyərləri, sərhədlərə nəzarəti və miqrasiyanın məhdudlaşdırılmasını siyasi fəaliyyətinin əsas istiqamətləri kimi təqdim edir. Bununla yanaşı, onun hakimiyyəti dövründə İtaliya Aİ institutları ilə münasibətlərdə praqmatik xətt də yürüdüb. Meloni bütün məsələlərdə Brüsselə qarşı çıxan siyasətçi obrazı ilə kifayətlənmir; o, Avropa institutlarının imkanlarından istifadə etməklə İtaliyanın mövqeyini gücləndirməyə çalışır.
Paris və Roma arasındakı əsas fikir ayrılığı İki ölkə arasındakı münasibətlərin ən həssas istiqamətlərindən biri miqrasiya ilə bağlıdır. Aralıq dənizi marşrutu ilə Avropaya gələn miqrantların mühüm hissəsi əvvəlcə İtaliya sahillərinə çatır. Bu vəziyyət Meloni hökumətinin üzərinə ciddi siyasi, maliyyə və təşkilati yük qoyur. İtaliya hakimiyyəti dəfələrlə miqrasiya məsələsində Avropa ölkələri arasında məsuliyyət bölgüsünün daha ədalətli aparılmasını tələb edib. Fransa isə öz sərhədlərinin və təhlükəsizlik maraqlarının qorunmasını əsas gətirərək miqrasiya məsələsində fərqli mövqe sərgiləyir. İki ölkə arasında bu sahədəki fikir ayrılıqları 2022-ci ilin noyabrında "Ocean Viking" xilasetmə gəmisinin Fransada qəbul edilməsi ilə bağlı mübahisə zamanı xüsusilə kəskinləşmişdi. Roma və Paris arasındakı qarşılıqlı ittihamlar göstərirdi ki, Aİ-nin ümumi miqrasiya siyasəti üzv dövlətlərin milli maraqlarını uzlaşdırmaq baxımından ciddi çətinliklərlə üzləşir. Bu problemin mahiyyəti ondan ibarətdir ki, Avropa ölkələri miqrasiyanı ümumi təhlükəsizlik və humanitar məsuliyyət məsələsi kimi qəbul etsələr də, onun yaratdığı yükün bölüşdürülməsinə eyni cür yanaşmırlar. İtaliya coğrafi mövqeyinə görə daha çox təzyiqlə üzləşdiyini düşünür, Fransa isə qəbul edilən qərarların öz sərhədlərinə və daxili siyasi vəziyyətinə təsirini nəzərə alır.
Fransada Meloni modelinə maraq artır Fransa-İtaliya münasibətlərinin diqqətçəkən tərəflərindən biri də Meloninin Fransada müəyyən siyasi dairələr üçün nümunəyə çevrilməsidir. Fransada sağ və ifrat sağ siyasi qüvvələrin bir hissəsi Meloninin hakimiyyət təcrübəsini diqqətlə izləyir. Onun hökumətinin siyasi sabitliyi qorumaq, mühafizəkar elektoratı bir arada saxlamaq və Aİ institutları ilə münasibətlərdə praqmatik mövqe tutmaq bacarığı bu dairələrdə maraq doğurur. Burada mühüm məqam var: Meloninin siyasi uğurunun səbəblərini yalnız ideoloji yaxınlıqla izah etmək olmaz. Onun Avropa institutları ilə açıq qarşıdurmadan yayınması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirməsi və eyni zamanda daxili siyasətdə sərt miqrasiya mövqeyini qoruması fərqli elektorat qruplarına müraciət etmək imkanı yaradır. Bu model Fransa siyasətində də müzakirə olunur. Çünki Fransa uzun müddətdir siyasi parçalanma, büdcə problemləri və hökumətin fəaliyyət imkanları ilə bağlı çətinliklərlə üzləşir. "Le Monde" qəzeti yazır ki, indi İtaliya hökumətinin başçısı Fransada sağçı və ifrat sağçı qüvvələr arasında müttəfiq axtarır...
Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto Makron və Meloni üz-üzə: Avropada nə baş verir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər