Dünya
Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. Oxu.Az xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub.
Prezident cavabında "Bu, yaxşı ideyadır. Məncə, bu barədə düşünməliyəm", - deyə bildirib. O, həmçinin zarafatla Consonun özünün də bu vəzifəyə uyğun gələ biləcəyini qeyd edib. Jurnalist Trampla olan müsahibəsindən kəsilmiş bu hissəni özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bu mövzuya olan maraq Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunqun prezidentin "Air Force One" təyyarəsində Minajla video çəkərkən onun namizədliyini ironiya ilə irəli sürməsindən sonra daha da artıb. Trampın seçkiqabağı mitinqə hazırlaşdığı Miçiqana uçuş zamanı Çunq repçiyə prezidentin maliyyə çətinliklərinin öhdəsindən gəlmək bacarığı barədə sual ünvanlayıb. Minaj Trampın təcrübəsini yüksək qiymətləndirərək, "O, özündən iki dəfə gənc olan insanlardan daha çox işləyir", - deyə vurğulayıb. Minajın ehtimal olunan təyinatı ilə bağlı xəbər Çunqun müsahibə videosunu sosial şəbəkələrdə "Xanımlar və cənablar, deyəsən, Ağ Evin yeni mətbuat katibini tapmışıq!" şərhi ilə paylaşmasından sonra internetdə geniş yayılıb. Müğənni də öz növbəsində bu videonu ABŞ bayrağı və smaylik əlavə edərək paylaşıb. Ağ Evin sonuncu mətbuat katibi Keti Zaxariya bu vəzifəyə təyin olunduqdan bir həftə belə keçmədən işdən çıxarılıb. O, vəzifəsinin icrasına oktyabrın 12-də başlayıb, ertəsi gün isə özünün ilk və yeganə brifinqini keçirib. Jurnalistlərlə görüş təxminən 14 dəqiqə çəkib. Mətbuat katibi "Breitbart", "Fox News" və "Daily Mail" olmaqla üç nəşrin nümayəndələrinin suallarını cavablandırıb. Beş gün sonra Zaxariya Ağ Evin mətbuat katibi vəzifəsindən azad edilib. Bununla da o, müasir tarixdə bu vəzifədə ən qısa müddət qalan mətbuat katibi olub.

Mənbə
oxu.az