Dünya
Rusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzərə çatdıraq ki, Rusiyada yanacağın ixracına ümumi qadağa 2027-ci il yanvarın 31-dək qüvvədədir. Lakin dizel və gəmi yanacağı, eləcə də qazoyl istehsalçıları üçün xüsusi məhdudiyyət oktyabrın 31-dək nəzərdə tutulmuşdu.
Mənbə
oxu.az