Digər
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1711-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 276 332 PUA-sı, 672 zenit-raket kompleksi, 31 467 tank və digər zirehli texnikası, 1 794 reaktiv yaylım atəş sistemi, 36 845 artilleriya və minaatanı, 76 019 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az