Dünya

Yunan general Türkiyəni hədələdi: "Ehtiyac yaranarsa, yerindəcə cavab verəcəyik"

31 Oct 2026, 12:54 3 baxış
Yunan general Türkiyəni hədələdi: "Ehtiyac yaranarsa, yerindəcə cavab verəcəyik"
Yunanıstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Konstantinos Floros ölkənin ANT1 telekanalının canlı yayımında Türkiyəyə qarşı sərt iddialarla çıxış edib. Bu barədə Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir. Ankaranın bölgədə artan nüfuzunu şərh edən Floros bildirib ki, lazım gələrsə, Yunanıstan Türkiyəyə hərbi yolla cavab verməyə hazırdır. O cümlədən, keçmiş komandan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin BMT Təhlükəsizlik Şurasındakı çıxışını dəyərləndirərək, onun Türkiyə ilə Liviya dəniz səlahiyyətlərinin məhdudlaşdırılmasına dair müqaviləni tənqid etməsinə diqqət çəkib. Generalın sözlərinə görə, Mitsotakis Afina ilə Ankara arasındakı "qırmızı xətləri" beynəlxalq ictimaiyyətə müvəffəqiyyətlə çatdıra bilib. Türkiyənin bölgədəki gücünün gündən-günə artdığını qeyd edən Floros Ankaranın qəti mövqeyi ilə bağlı hədələyici sözlər səsləndirib: "Ankara mütəmadi olaraq öz qətiyyətini nümayiş etdirir. Lakin heç kimin şübhəsi olmasın: ehtiyac yaranarsa, biz elə yerindəcə elə cavab verəcəyik ki, onlar bunu başa düşəcəklər. Bunu da uğurla həyata keçirəcəyik". Qeyd edək ki, bu, sabiq generalın ilk belə bəyanatı deyil. Bundan əvvəl Yunanıstanın "Proto Thema" qəzetinə müsahibəsində o, "Yunan torpağına ayaq basan hər kəsi əvvəlcə yandıracağıq, sonra kim olduqlarını soruşacağıq", - deyə hədə-qorxu gəlmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər