Dünya

Türkiyə ordusunun əsgəri şəhid oldu - Foto

31 Oct 2026, 11:44 3 baxış
Türkiyə ordusunun əsgəri şəhid oldu - Foto
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusu ilə bağlı əməliyyatda güllə yarası alan əsgər Yusuf Sair Ünlü şəhid olub. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının Hakkarinin Yüksekova rayonunda sərhəd pozuntusu hadisəsinə müdaxilə zamanı açılan atəşdən yaralanan silahdaşımız, müqaviləli piyada əsgər Yusuf Sait Ünlü helikopterlə Hakkari xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub. Bizləri dərin kədər və hüznə boğan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib xalqımıza başsağlığı və səbir diləyirik".
Türkiyə ordusunun əsgəri şəhid oldu - Foto Türkiyə ordusunun əsgəri şəhid oldu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər