Cəmiyyət

Zakir Həsənov Gülərə başsağlığı verdi

31 Oct 2026, 12:24 3 baxış
Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.


Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, başsağlığında deyilir:


"Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Mənbə axar.az

Oxşar Xəbərlər