Trampın komandası bölündü: İrana hücum, yoxsa...
Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyəti Prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı bərpa etməyə sövq edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ administrasiyasında Tehrana qarşı əlavə tədbirlərlə bağlı fikir ayrılıqları qalmaqdadır. Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hərbi hücumların bərpasının tərəfdarıdır, vitse-prezident Vens, Stiv Uitkoff və Cared Kuşner İranla danışıqlara qayıtmağın zəruri olduğunu düşünürlər.
Eyni zamanda, nəşr Qətərin ABŞ və İran arasında birbaşa dialoqun bərpası ilə bağlı Tehranla danışıqlarda müəyyən irəliləyiş əldə etdiyini yazıb. Bu məsələ ilə bağlı müzakirələrin 31 oktyabrda Dohada davam etdirilməsi gözlənilir.
ABŞ-da aralıq seçkilərin 3 noyabrda keçirilməsi planlaşdırılır.