Dünya
ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən diplomatlarının bir hissəsini və səfirlik əməkdaşlarının ailə üzvlərini Səudiyyə Ərəbistanı ərazisindən çıxarır. Oxu.Az xəbər verir ki, müvafiq məlumat qurumun rəsmi saytında yerləşdirilib. "2026-cı il oktyabrın 23-dən etibarən Dövlət Departamenti xüsusi əhəmiyyətli funksiyaları yerinə yetirməyən ABŞ hökumət əməkdaşlarına və onların ailə üzvlərinə təhlükəsizlik təhdidləri ilə bağlı Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb. İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparırlar, o cümlədən mülki aeroportlara və digər kritik infrastruktura zərbələr endirirlər ki, bu da mülki şəxslər arasında tələfata və nəqliyyat əlaqəsində ciddi fasilələrə gətirib çıxarır. Münaqişənin bilavasitə hərbi əməliyyatlar zonasından kənara sürətlə kəskinləşməsi ehtimalı var", - deyə xarici siyasət idarəsinin məlumatında qeyd olunur. Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqust ayından bəri qiyamçı husilərlə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. 2026-cı ilin iyulunda qiyamçılar krallığa qarşı dəniz blokadasının tətbiq edildiyini elan edib, bundan sonra ona məxsus bir neçə neft tankerinə hücum ediblər.
Mənbə
oxu.az