Digər
Fars körfəzində gəmi naməlum raketlə vuruldu
İranın Lavan adasından 40 dəniz mili cənubda gəmi naməlum mərmi ilə vurulub.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında deyilir.
"UKMTO İranın Lavan adasından 40 dəniz mili cənubda baş verən hadisə barədə məlumat alıb. Gəmi naməlum mərmi ilə vurulub və yanğın baş verib. Ekipaj sağ-salamatdır", - deyə qeyd edilir.
Gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmır.
Mənbə
axar.az