Dambrauskas "Sabah"ın məğlubiyyətini şərh etdi
"Turan Tovuz"u qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı çıxış etdilər və qələbəyə layiq idilər. Bu gün çox gözəl atmosfer var idi. Biz hər dəfə bura gələndə, bu cür atmosferi görürük. Qonaq komandanın azarkeşləri çox yaxşı atmosfer yaratmışdılar.
Axar.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Turan Tovuz”a 3-2 məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
“Bolqollu oyunun şahidi olduq. İkili mübarizələr gördük. "Turan Tovuz" bu cür atmosferdən qalib ayrıldı. Bu məğlubiyyətdə mənim taktiki bəzi səhvlərim oldu. Çünki 3-1-dən sonra bəzi hallar oldu ki, artıq səvhlər etdiyimiz göründü. İkinci hissəyə daha yaxşı başladıq, iki qol vurduq. Komandam ikinci hissədə çempionluq xarakteri göstərdik. Birinci hissədə isə rəqibə çox boşluqlar verdik. Onlar da bundan yararlandılar. "Turan Tovuz"a məğlubiyyətin məsuliyyətini mən daşıyıram. Bəzi taktiki planlarımız var idi ki, onlar bu gün işlədiyimiz şəkildə işləmədi”, - baş məşqçi bildirib.