İdman

"Sabah" səfərdə məğlub oldu

30 Oct 2026, 20:34 3 baxış
"Sabah" səfərdə məğlub oldu

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"la qarşılaşıb.


Axar.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb.


Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. “Sabah”ın heyətində Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.


Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər