Kriminal

Qadın tövlədə heyvanı bağlayarkən barmağı qopdu

30 Oct 2026, 22:36 2 baxış
Qadın tövlədə heyvanı bağlayarkən barmağı qopdu
Ağdam rayonunda bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Hadisə kənd sakini, 1958-ci il təvəllüdlü Yasəmən Məmmədova tövlədə heyvanı bağlayarkən baş verib. Belə ki, onun əli ipə dolaşıb və nəticədə qadın sol əlinin bir barmağını itirib. Y.Məmmədova xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Qadın tövlədə heyvanı bağlayarkən barmağı qopdu
Mənbə oxu.az

Oxşar Xəbərlər