İdman

Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto

30 Oct 2026, 17:36 2 baxış
Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto
Noyabrın 1-də Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan ənənəvi "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq. Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib. Yarış "Qürurla irəli" şüarı altında baş tutacaq. Altıncı dəfə təşkil olunacaq "Qələbə qaçışı" bu il rekord sayda iştirakçını bir araya gətirəcək. Qeydiyyatın nəticələrinə əsasən, yarışda 2 000-ə yaxın insan iştirak edəcək. Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat ianə edib. Toplanan vəsaitin tam məbləği "YAŞAT" Fonduna yönəldiləcək. İştirakçılar Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər. Saat 10:00-da başlayacaq yarışın qalibləri mükafatlandırılacaqlar. Qaçışdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Səhnədə Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər. Bununla yanaşı, oktyabrın 31-də saat 11:00-dan 19:00-dək və noyabrın 1-də saat 9:00-dan 18:00-dək fan-zona fəaliyyət göstərəcək. Burada hər yaş qrupu üçün maraqlı fəaliyyətlər, idman proqramları və əyləncəli oyunlar təqdim olunacaq. Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən hər il keçirilir.
{{gallery}}
Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto Bakıda "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər