İdman

Onkoloji xəstəlikdən müalicə alan balaca pasiyent Qurban Qurbanov üçün "Qarabağ" mahnısını ifa etdi - Video

30 Oct 2026, 17:00 3 baxış
Onkoloji xəstəlikdən müalicə alan balaca pasiyent Qurban Qurbanov üçün "Qarabağ" mahnısını ifa etdi - Video
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olublar. Oxu.Az xəbər verir ki, klub nümayəndələri uşaqlarla söhbət edərək onlara xoş arzularını çatdırıblar. Futbolçular uşaqlara "Qarabağ"ın formalarını və toplarını hədiyyə ediblər. Görüşün ən yaddaqalan anlarından biri isə balaca pasiyentlərdən birinin Qurban Qurbanov üçün "Qarabağ" mahnısını ifa etməsi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər