Siyasət

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər - Foto

30 Oct 2026, 18:44 4 baxış
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər - Foto
Azərbaycanın və Gürcüstanın Baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, "PASHA Real Estate Group" tərəfindən inşa edilmiş beşulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir. Hoteldə müxtəlif kateqoriyalara aid 152 hotel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir. "ART Riverfront Hotel Tbilisi" "PASHA Real Estate Group"un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.
{{gallery}}
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər - Foto Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər - Foto Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər