Dünya
"Zəng etsələr, Putin dəstəyi qaldıracaq!" - Kremldən xəbərdarlıq
Rusiya Prezidenti Vladimir Putin bütün dövlət başçıları, o cümlədən Fransa lideri Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə dialoqa açıqdır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Kreml rəsmisi - "Əgər Kremlə Makron və ya Merts zəng etsə, Putin nə edəcək?" - sualına cavab olaraq, "O da dəstəyi qaldıracaq. O, hamı ilə dialoqa açıqdır", - deyə qeyd edib. Rusiya prezidentinin, həmçinin Ukrayna lideri Volodimir Zelenski ilə də telefon danışığına hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov hələlik kimsənin zəng etmədiyini vurğulayıb.
Mənbə
oxu.az