Digər

Papa Konqresə seçkilərdə səs verəcək

30 Oct 2026, 14:45 3 baxış
Papa Konqresə seçkilərdə səs verəcək

ABŞ vətəndaşı olan Roma Papası XIV Leo Vatikandakı iqamətgahından Konqresə keçiriləcək aralıq seçkilərdə poçt vasitəsilə səs vermək niyyətindədir.


Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.


Məlumata görə, ABŞ-ın İllinoys ştatında seçici kimi qeydiyyatda olan Roma Papası XIV Leo Konqresə keçiriləcək aralıq seçkilərdə poçt vasitəsilə səs vermək üçün seçki bülleteni tələb edib. Katolik kilsəsinin rəhbəri bununla bağlı oktyabrın 3-də müraciət edib.


Qeyd edək ki, əsl adı Robert Frensis Prevost olan XIV Leo ABŞ-da keçirilən seçkilərdə iştirak edən ilk Roma Papası ola bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər