Digər
Putin hazırdır, amma Zelenski hələ zəng etməyib – Peskov
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz də daxil olmaqla, hər kəslə dialoqa açıqdır.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“O, yenidən telefon zənginə cavab verəcək. Hər kəslə dialoqa açıqdır”, - Peskov bildirib.
Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmağa hazır olub-olmadığı barədə suala isə Peskov belə cavab verib:
“Hələlik heç kim zəng etməyib”.
Mənbə
axar.az