Digər
Xocavənddə düşmən pusquya necə salınıb? - Xüsusi təyinatlımız gizlinləri açıqladı - Video
"Xocavənd rayonunu işğaldan azad edərkən düşmənin mövqelərinin dərinliklərinə girmişdik. Ermənilər başını itirdilər, pərən-pərən oldular. Elə vəziyyət yaratdıq ki, onlar çaxnaşmaya düşərək qaçmağa məcbur oldular". Bunu Oxu.Az-a videomüsahibəsində Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin döyüşçüsü deyib. 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş döyüşçümüz torpaqlarımızın azad olunması əməliyyatlarında bilinməyən məqamlardan danışıb. O, həmçinin Qubadlı, Zəngilan və digər rayonlarının işğaldan qurtarılması zamanı şahidi olduğu qəhrəmanlıq epizodlarını diqqətə çatdırıb. Şücaətli döyüşçümüzlə videomüsahibəni təqdim edirik:
Mənbə
oxu.az