Cəmiyyət
Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı
Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yolu xəttinin təmiri ilə əlaqədar müvəqqəti dayandırılmışdı. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.
Mənbə
oxu.az