Digər

Atəşkəs bitən kimi ruslar bu şəhərə hücum edəcək

30 Oct 2026, 07:00 3 baxış
Atəşkəs bitən kimi ruslar bu şəhərə hücum edəcək

Oleşkidə atəşkəs bitdikdən sonra Rusiya ordusu Xersona hücuma başlaya bilər. Rusiyanın hərbi texnikanı vilayət mərkəzinə yaxınlaşdırdığı bildirilir.


Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti ukraynalı hərbçilərə istinadən məlumat yayıb.


Belə ki, rus qoşunları texnikanı daşımaq üçün işğal olunmuş şəhərdəki (Oleşki - red.) müvəqqəti atəşkəsdən istifadə edirlər.


Ukraynalı hərbçilər hücumun 1 noyabrda atəşkəs bitdikdən sonra başlaya biləcəyini təxmin edirlər. Lakin hələlik müstəqil mənbələr bu planı təsdiq etmir.


Qeyd edək ki, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq olunub. Atəşkəs rejiminin noyabrın 1-dək davam etdirilməsi nəzərdə tutulur.

Mənbə axar.az

Oxşar Xəbərlər