Cəmiyyət

Ağdama qayıdan keçmiş məcburi köçkün: "Qürurumuzu, namusumuzu, qeyrətimizi bizə qaytardılar"

30 Oct 2026, 06:36 3 baxış
Ağdama qayıdan keçmiş məcburi köçkün: "Qürurumuzu, namusumuzu, qeyrətimizi bizə qaytardılar"
"Qürurumuzu, namusumuzu, qeyrətimizi bizə qaytardılar. Sevincimizin həddi-hüdudu yoxdur". Oxu.Az-ın məlumatına görə, bunu bu gün Ağdam rayonuna köç edən keçmiş məcburi köçkün Nərgiz Mustafayeva deyib. O bildirib ki, bu gün bacısı da Ağdama köçür: "36 ildən sonra Vətənə qayıtmaq nə deməkdir? Bunu sözlə ifadə etmək çətindir. Nə deyə bilərəm? Sevincimizin həddi-hüdudu yoxdur. Bura ata-baba yurdumuzdur, ocağımızdır. İlk növbədə şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram. Prezidentimizə cansağlığı olsun, Ali Baş Komandanımız sağ olsun".
Mənbə oxu.az

Oxşar Xəbərlər