Kriminal

İşlədiyi şirkətdən 78 min manat mənimsəməkdə ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

29 Oct 2026, 22:12 2 baxış
İşlədiyi şirkətdən 78 min manat mənimsəməkdə ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniyada müəyyən edilən daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşı Elçin Nüsrət oğlu Abdulxalıqov 2020-ci ildə "GP Stock Feed" MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən ona etibar edilmiş külli miqdarda pulu mənimsəməkdə ittiham olunur. İttihama görə, o, müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ümumilikdə 78 000 manat məbləğində pulu distribütorlardan nağd şəkildə alaraq şəxsi məqsədləri üçün istifadə edib. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilib. Elçin Abdulxalıqovun yeri Albaniyada müəyyən edilib və o, həbs olunub. Baş Prokurorluğun sorğusu və aparılan danışıqlardan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Nazirlik qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq nüfuzunu və Albaniyanın ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. Elçin Nüsrət oğlu Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniyadan Azərbaycana gətirilib. Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə tədbirlərin davam etdirildiyi bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər