Cəmiyyət
Bəzi ərazilərdə qaz olmayacaq
Oktyabrın 30-da Bakının Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində, eləcə də Masallı rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, saat 10:00-dan işlər başa çatanadək Boradigah qəsəbəsinin, Mollaoba, Babaser və Bədəlan kəndlərinin, həmçinin Türkoba kəndinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. Bundan başqa, magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində də qaz təchizatında müvəqqəti fasilə olacaq.
Mənbə
oxu.az