Cəmiyyət

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

29 Oct 2026, 23:53 2 baxış
Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.


"Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir", – paylaşımda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər